Haiti hökuməti iyul ayında prezident Jovenel Moizin qətlində iştirak edən 3 nəfərin tapılmasına kömək edəcək şəxslərə 60 min dollardan vəsait çox ödəyəcək.
AzerTimes-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, axtarılanlar arasında respublika Kassasiya məhkəməsinin keçmiş hakimi Vendel Kok-Telo, Ədliyyə nazirliyinin keçmiş əməkdaşı Josef-Feliks Badiye və keçmiş senator Con-Coel Josef var.
Xatırladaq ki, iyulun 7-də naməlum şəxslər tərəfindən iqamətgahına edilən hücum nəticəsində Moiz öldürülüb, həyat yoldaşı isə yaralanıb. Hücumda 26 Kolumbiya vətəndaşının iştirak etdiyi müəyyənləşib, onlardan bir qrupu və cinayətlə bağlı ümumilikdə 40 nəfər saxlanılıb.