Hadrut istiqamətində minalanmış ərazi yanır, helikopter cəlb edilib (VİDEO)

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər: