Hacıqabulda qəza: şəhid anası ağır yaralandı

Hacıqabulda qəza: şəhid anası ağır yaralandı

Hacıqabulda baş verən qəzasında 6 nəfər xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

KİA və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Nuray Malik qızı Abıyeva, onun qardaşı, 2008-ci il təvəllüdlü Nihad Malik oğlu Abıyev, 1996-cı il təvəllüdlü Elmar Səyyad oğlu İbrahimov, 2000-ci il təvəllüdlü Aidə Azər qızı Hüseynəliyeva, 1973-cü il təvəllüdlü Şahnaz Mürsəl qızı Salmanova və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Nənəxanım Səfər qızı Abışovadır.

Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N. Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: