Hacıqabulda evi tərk edən koronavirus xəstəsinin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

Hacıqabul rayonunda evini tərk edən koronavirus xəstəsi barədə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, rayon sakini Həsənov Rasim Bilal oğlu barədə Hacıqabul rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı başa çatıb və iş baxılması üçün Hacıqabul rayon məhkəməsinə göndərilıib. Cinayət işi hakim Həmid Əzizovun icratına verilib.

Xatırladaq ki, rayon sakini Həsənov Rasim Bilal oğlu aktiv koronavirus xəstəsi olduğu halda qanunsuz olaraq yaşadığı evi tərk edərək ictimai yerlərdə olub.


Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1 – ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanıb.

Teqlər: