Hacıəlibəy kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Hacıəlibəy
kəndində yerli sakinlərlə görüşüb.

Görüşdə Hacıəlibəy İnzibati Ərazi Dairəsinə daxil olan Ağyazı
Buduq, Bayoba, Suxtaqalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin
sakinləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Yerli hüquq mühafizə orqanlarının rəhblərləri, təhsil, səhiyyə,
mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar
qəbulda sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının
yenilənməsi, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi,
rabitə, internet, məktəb və bağça binasının təmiri ilə bağlı
müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Teqlər: