Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Bakıda dünən açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər saxlanılıb.

Bu barədə AzerTimes-a açıqlamasında Daxili İşlər Naizrliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin şəxslər Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hazırda faktla bağlı araşdırmalar davam edir.

E. Hacıyev bildirib ki, artıq heykəlin zədəsi bərpa edilib.

Teqlər: