Hacı Şahin Həsənlinin xatirəsinə film çəkilir – Foto

Hacı Şahin Həsənlinin xatirəsinə film çəkilir – Foto

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə film çəkilir.

AzerTimes xəbər verir ki, bu barədə rejissor Kənan MM (Mahmudov) Feysbukda məlumat yayıb.

O bildirib ki, “Qaranlıqdan nura” adlı filmdə Hacı Şahinin obrazını aktyor Tural Ağayev canlandıracaq.

Xatırladaq ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.

Teqlər: