Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə film çəkilir.
AzerTimes xəbər verir ki, bu barədə rejissor Kənan MM (Mahmudov) Feysbukda məlumat yayıb.
O bildirib ki, “Qaranlıqdan nura” adlı filmdə Hacı Şahinin obrazını aktyor Tural Ağayev canlandıracaq.
Xatırladaq ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.