Hacı Əliyev Avropa çempionatını buraxacaq

Hacı Əliyev Avropa çempionatını buraxacaq

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

AzerTimes xəbər verir ki, bu barədə Report-a üçqat dünya və dördqat Avropa çempionu məlumat verib.

32 yaşlı idmançı bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open” (10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə (12-18 fevral) baş tutacaq Avropa çempionatına qatılmayacaq:

“Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşıram”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında paytaxtımızda təşkil ediləcək.

Teqlər: