Haaqanın AB-dən xahişi: Rusiyaya sanksiyaları ləğv edin!

Haaqanın AB-dən xahişi: Rusiyaya sanksiyaları ləğv edin!

Haaqa Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etməyi xahiş edəcək. Problem ondadır ki, şəhər rəhbərliyi başqa qaz təchizatçısı tapa bilmir.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd olunur ki, Haaqa bələdiyyəsi qazın tədarükü üçün “Qazprom”la uzunmüddətli müqavilə imzalayıb. Lakin AB sanksiyaları hökumətlərdən və digər dövlət qurumlarından oktyabrın 10-dək Rusiya şirkətləri ilə müqavilələrə xitam verməyi tələb edir. Haaqa şəhər rəhbərliyi iyun və iyul aylarında ümumavropa tenderi keçirib, lakin şəhər rəhbərliyi bir potensial təchizatçı belə tapa bilməyib.

Teqlər: