Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yerüstü piyada keçidi H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun 3.84-ci km-də inşa edilir.
Bu barədə Trend-ə AAYDA-dan məlumat verilib.
Bildirilib ki, piyada keçidinin uzunluğu 30, eni isə 3,5 metrdir. Sözügedən yolun 4,59 və 8,76-cı kilometrlik hissələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.