Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi

Xəbər - Humay Ağacanova – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılmış işçi qrupu informatika fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanmış qəbul proqramına uyğun imtahan modelini təsdiq edib.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

İmtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə verilmiş keçidlərdə (Azərbaycanrus dillərində) tanış ola bilərsiniz.

Qeyd edək ki, İnformatika seçmə fənni 2023-2024-cü tədris ili üzrə qəbul imtahanlarına əlavə ediləcək.

Teqlər: