Gürcüstanla viza rejiminin ləğvi… – Rusiya

Gürcüstanla viza rejiminin ləğvi… – Rusiya

Əgər bunun üçün şərait yaranarsa, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etmir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Sabit əlaqələr əzəli dostluq, mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, mənəvi dəyərləri özündə birləşdirən Rusiya və Gürcüstan xalqlarının maraqlarına uyğundur. Ölkəmizdə yüz minlərlə gürcü yaşayır və özlərini uğurlu şəkildə göstərirlər. Son vaxtlar Gürcüstanda Rusiya vətəndaşlarının da sayı artır”, – Qaluzin bildirib.

Teqlər: