Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib

Xəbər - Maryana Əhmədova – Trend:

Gürcüstanın xarici işlər naziri David Zalkaliani helikopter qəzasında həlak olanlarla bağlı Azərbaycana başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Dost və qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri hüznlə qarşıladım. Bu kədərli məqamda Gürcüstan Azərbaycan xalqını dəstəkləyir. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram”, – deyə nazir bildirib.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: