Gürcüstanın kurort zonasında yanğın baş verdi

Gürcüstanın kurort zonasında yanğın baş verdi

Gürcüstanın Borjom-Xaraqauli Milli Parkının ərazisində, Likan yaxınlığındakı meşə massivində yanğın baş verib.

AzerTimes xəbər verir ki, Fövqəladə Hallar İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Məlumata əsasən, yanğının lokallaşdırılması prosesinə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri cəlb olunub.

Qeyd edək ki, yanğının baş vermə səbəbi və yayılma miqyası hazırda məlum deyil.

Teqlər: