Gürcüstan ərazisinin böyük hissəsi 400 kilovatt gücə malik “Mesxeti” elektrik ötürücü xəttində baş verən qəza nəticəsində işıqsız qalıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Gürcüstanın dövlət elektrik sistemi” şirkətinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən 400 kilovatt gücə malik “Mesxeti” elektrik ötürücü xəttində baş verən qəza nəticəsində Türkiyədən elektrik enerjisinin idxalı və ölkənin əksər hissəsində elektrik enerjisinin verilməsi dayanıb”.
Qeyd edilir ki, hazırda bərpa işləri aparılır.