Çempionlar Liqası: “Mançester Siti” və “Real Madrid” 1/4 finalda

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk cavab matçları keçirilib.

AzerTimes-ın məlumatına görə, İngiltərənin “Mançester Siti” klubu Almaniyanın “Borussiya” (Münhenqladbah) klubuna qalib gəlib – 2:0. Oyunda qolları K.De Brüyne və İ.Gündoğan vurublar.

Digər oyun İspaniyanın “Real Madrid” klubu İtaliyanın “Atalanta” klubu üzərində qələbə qazanıb – 3:1. İspaniya təmsilçisinin heyətində qolları K.Benzema, S.Ramos və M.Asensio vurublar, İtaliya təmsilçisinin yeganə qolunun müəllifi isə L.Müriel olub.

Beləliklə, “Mançester Siti” və “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Teqlər: