Gürcüstanın aviaşirkəti prezidenti qara siyahıya saldı

Gürcüstanın aviaşirkəti prezidenti qara siyahıya saldı

Gürcüstan Hava Yolları ölkə Prezidenti Salome Zurabişvilini persona non qrata elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın “Georgian Airways” milli aviaşirkətinin rəhbəri Tamaz Qayaşvili danışıb.

O söyləyib ki, ölkə başçısı şirkətin təyyarələrinə buraxılmayacaq.

Qeyd edək ki, bir gün öncə Zurabişvili Moskvaya birbaşa uçuşlar başlamaq qərarına görə aviaşirkəti boykot etdiyini açıqlayıb. Dövlət başçısı bütün vətəndaşları onun boykotuna qoşulmağa və bu aviaşirkətin xidmətlərindən imtina etməyə çağırıb.

Teqlər: