Gürcüstandan Azərbaycana qanunsuz dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Xəbər - Humay Ağacanova – Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Mercedes-Benz” markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

AzerTimes Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu zaman sürücü idarə etdiyi yük avtomobilində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində müxtəlif adda 1 161 qutu və 1 294 konvolyut dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: