Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,8 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Gürcüstanın Milli Seysmologiya Monitorinqi Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ninotsminda şəhərindən 26 kilometr şərqdə, Sameba qəsəbəsi yaxınlığında yerləşib.

Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.