Gürcüstanda yaşayış binası çöküb (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

Trend-in məlumatına görə, hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Hadisə yerində axtarış işləri davam etdirilir. Binanın çökmə səbəbləri ilə bağlı araşdırma aparılır.