Gürcüstanda tibbi maska yenidən məcburi olur?

Gürcüstanda tibbi maska yenidən məcburi olur?

Gürcüstanda tibbi maskadan məcburi istifadə ilə bağlı heç bir müzakirə aparılmır.

AzerTimes xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

Onun sözlərinə görə, indiki mərhələdə ölkə miqyasında epidemiya idarə olunur:

“Biz epidemiya mənzərəsini müşahidə etməliyik və epidemiya risklərinə əsaslanaraq, əlavə qərarlar da qəbul ediləcək. Yoluxma sayı artsa da, lakin hələlik vəziyyət idarə olunur. Tibbi maskanın məcburi olmasına gəlincə, məcburi olmasa da, xroniki xəstəlikləri olanlara, izdihamlı yerlərdə maskadan istifadə tövsiyə olunur”.

Teqlər: