Gürcüstanda ruslara qarşı ksenofobiya var – Papuaşvili

Gürcüstanda ruslara qarşı ksenofobiya var – Papuaşvili

Müxalifət və bir sıra QHT-lər ölkəyə gələn ruslara qarşı ksenofobik kampaniya aparır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“İnsanları milli zəmində ayırmaq ksenofobiyadır. Bu elementar həqiqətdir. Rusiyalı turistlərin ölkəyə girişi təhlükələrlə doludur, ksenofobiyaya çevrilmiş populizmdir. Mart ayında da eyni dalğa var idi. Bu, adi ksenofob təbliğatıdır”, – Papuaşvili bildirib.

Teqlər: