Son məlumatlara əsasən Gürcüstanda koronavirusun “omikron” ştammına 51 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin Birinci kanalına açıqlamasında Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktoru Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, “omikron” ştamma yoluxanlardan 5 nəfərinin yaşı 18-dəm aşağıdır, onlardan biri isə 3 yaşlı uşaqdır.
A.Qamkrelidze qeyd edib ki, 3 yaşlı uşaqda xəstəlik simptomsuz formada keçir.