Gürcüstanda mikroavtobus dərəyə aşıb, 18 nəfər xəsarət alıb

Gürcüstanın mərkəzində Xaşuri-Surami yolunda mikroavtobusun
iştirakı ilə baş verən qəzada ən azı 18 nəfər xəsarət alıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Gürcüstanın “Rustavi 2” televiziya
kanalı xəbər verib.

Bildirilib ki, Zuqdididən Tbilisiyə gedən sərnişin mikroavtobusu
hündürlükdən dərəyə aşıb.


Bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar,
onlar xəstəxanaya çatdırılıb. Üç nəfərin vəziyyətinin ağır olduğu
bildirilib.