Gürcüstanda “Maydan” baş verməyəcək – Kobaxidze

Gürcüstanda “Maydan” baş verməyəcək – Kobaxidze

Gürcüstanda Ukrayna ssenarisi üzrə “Maydan”ın baş verəcəyi istisnadır, çünki hazırkı müxalifətin buna gücü yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Təbii ki, Gürcüstanda belə bir ssenari baş verməyəcək. Tamamilə nüfuzdan düşmüş belə bir siyasi azlığın bunun üçün resursu yoxdur”, – Kobaxidze bildirib.

Teqlər: