Gürcüstanda koronavirusa daha 504 nəfər yoluxub, 17 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 504 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 349 098 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 17 nəfər ölüb, 1 201 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 910 nəfər, sağalanların sayı isə 333 505 nəfər təşkil edir.