Gürcüstanda koronavirusa daha 357 nəfər yoluxub, 4 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 357 yoluxma halı
qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 1 646 316 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 4 nəfər ölüb, 3 237
nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16
708 nəfər, sağalanların sayı isə 1 618 403 nəfər təşkil edir.