Gürcüstanda koronavirusa daha 2 490 nəfər yoluxub, 25 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 2 490 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 634 053 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 25 nəfər ölüb, 2 056 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 9 246 nəfər, sağalanların sayı isə 600 524 nəfər təşkil edir.