Gürcüstanda koronavirusa daha 1 547 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 547 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 319 266 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 18 nəfər ölüb, 1 131 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 245 nəfər, sağalanların sayı isə 298 807 nəfər təşkil edir.