Gürcüstanda kömür mədənində partlayış olub, ölən və yaralananlar var

Gürcüstanın İmereti regionunda yerləşən Mindeli kömür mədənində partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, rayon xəstəxasının baş meneceri Yuri Eliaşvili “Formula” telekanalına bildirib ki, partlayışdan sonra xəstəxanaya 9 mədənçi çatrıdılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda partlayışın səbəbi məlumat deyil.

Mədəni idarə edən “Saknaxşiri” şirkətindən jurnalistlərə bildiriblər ki, partlayışın səbəbi araşdırılır.