Gürcüstanın İmereti regionunda yerləşən Mindeli kömür mədənində partlayış baş verib.
AzerTimes-ın məlumatına görə, rayon xəstəxasının baş meneceri Yuri Eliaşvili “Formula” telekanalına bildirib ki, partlayışdan sonra xəstəxanaya 9 mədənçi çatrıdılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda partlayışın səbəbi məlumat deyil.
Mədəni idarə edən “Saknaxşiri” şirkətindən jurnalistlərə bildiriblər ki, partlayışın səbəbi araşdırılır.