Gürcüstanda kirayə mənzil qiymətləri iki dəfədən çox bahalaşıb. Ən çox bahalaşma paytaxt Tiflisdə qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “TBC Capital” məlumat yayıb.
Bildirilir ki, cari ilin fevralında paytaxt Tiflisdə mənzil qiymətləri ötən ilin fevralı ilə müqayisədə 2,25 dəfə bahalaşaraq orta hesabla hər kvadratmetr üçün 13,1 dollar təşkil edib. Fevral ayında mənzillərin satış qiyməti isə illik müqayisədə 30 faiz bahalaşaraq hər kvadratmetr üçün orta hesabla 1136 dollar olub.
Ekspertlərin sözlərinə görə, bahalaşma Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra başlayıb. Rusiyadan və Ukraynadan gələnlər həm ev alqı-satqısında, həm də kirayə bazarında xüsusi rol oynayıblar.