Gürcüstanda hücum təhlükəsi: Şagirdlər təxliyə edildi

Gürcüstanda hücum təhlükəsi: Şagirdlər təxliyə edildi

Martın 26-da Gürcüstanın qərbində yerləşən Kobuleti kurort kəndində 5 məktəbdə tədris prosesi dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, buna sosial şəbəkələrdə məktəblərə mümkün hücumla bağlı yayılan məlumatlar səbəb olub.

Dərhal 5 məktəbdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

Bu gün paytaxt Tiflisdə 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.

Teqlər: