Gürcüstanda parlamentin müxalifəti hakim prtiyaya faşizm
üzərində Qələbə Gününün mayın 8-də keçirilməsi təklif edib.
Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, deputatlar
Teona Akubardiya, Armaz Axvlediani, Hatuna Samnidze, Georgi
Vaşadze, Tariel Nakaidze və Paata Mancaqaladze Əəmək Məcəlləsinə
dəyişikliklər hazırlayıblar.
Dəyişikliklərə əsasən, mayın 8-i qeyri-iş günü olmalıdır.
“Formalaşmış sovet ənənəsilə Rusiya və postsovet ölkələri, o
cümlədən Gürcüstan SSRİ-nin dağılmasından sonra Qələbə Gününü mayın
9-u qeyd edir. Böyük Britaniya, ABŞ və Avropa (Fransa, Almaniya,
Çexiya və s.), Baltikyanı ölkələr və Ukrayna Qələbə Gününü mayın 8-
qeyd edir”, – deyə deputatlar bildirib.
Qeyd edilir ki, Əmək Məcəlləsinə dəyişiklik layihəsi aprelin
18-də keçiriləcək iclasda təqdim olunacaq.