Gürcüstanda erməni qaçaqmalçı saxlanıldı

Gürcüstanda erməni qaçaqmalçı saxlanıldı

Ermənistan vətəndaşı qaçaqmalçılıq yolu ilə Gürcüstana qızıl keçirməyə cəhd edib.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

“Sadaxlo” sərhəd keçid məntəqəsində və “Sarpi” keçid məntəqəsində bəyan edilməmiş qızılın Gürcüstana gətirilməsi cəhdinin qarşısı alınıb.

Gömrükçülər tərəfindən Ermənistan və Rusiya vətəndaşlarının baqajları yoxlanılarkən, ümumi çəkisi 406,8 qram olan qızıl aşkar edilib. Qaçaqmalçılıq 15,5 min dollar dəyərində qiymətləndirilir.

Qanunu pozan Ermənistan vətəndaşının işinin materialları ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, Rusiya vətəndaşına isə 2,3 min dollar məbləğində cərimə tətbiq edilib.

Teqlər: