Gürcüstanda daha 48 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanda son sutka ərzində 5 352 koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu günədək ölkədə virusa yoluxanların sayı 461 mindən çox olub.

Ötən gün, həmçinin 48 nəfər vəfat edib. Ümumilikdə Gürcüstdan koronavirusdan ölənlərin sayı 6 230 nəfərə çatıb.

Xatırladaq ki, iki gün əvvəl Gürcüstanda həm yoluxma, həm də ölüm hallarında pandemiya dövrünün ən yüksək göstəriciləri qeydə alınmışdı.