Gürcüstanda ardıcıl üç zəlzələ oldu

Gürcüstanda ardıcıl üç zəlzələ oldu

Gürcüstanın qərbində ardıcıl üç zəlzələ qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, 3,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 05:18-də Ozurqeti şəhərindən 2 kilometr aralıda qeydə alınıb.

Növbəti yeraltı təkanlar saat 06:27-də Qomis Mta kurortundan 4 kilometr, Ozurqetidən 14 kilometr aralıda baş verib. Zəlzələnin gücü 3 bal olub. 3,1 bal gücündə üçüncü zəlzələnin episentri Çoxatauri rayonunun Buknari kəndində olub. Hər üç halda zəlzələnin mənbəyi 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Teqlər: