Bu ilin təkcə iyun ayında Gürcüstana 445 894 xarici vətəndaş səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, səyahətçilərdən 58 113-ü qeyri-turizm, 387 781-i isə turizm məqsədi ilə ölkəyə gəlib.
Beynəlxalq ziyarətçilərin səfərlərinə görə, ilk 15 ölkə bunlardır: Rusiya – 90 239 ziyarətçi, Türkiyə – 62 192 ziyarətçi, Ermənistan – 61 974 ziyarətçi, Gürcüstan (qeyri-rezident) – 22 143 ziyarətçi, İsrail – 20 555 ziyarətçi, Ukrayna – 15 273 ziyarətçi, Qazaxıstan – 14 368 ziyarətçi, Azərbaycan – 13 067 ziyarətçi, Belarusiya – 12 284 ziyarətçi, Səudiyyə Ərəbistanı – 10 372 ziyarətçi, İran – 9454 ziyarətçi, Özbəkistan – 5697 ziyarətçi, Almaniya – 5557 ziyarətçi, Polşa – 3907 ziyarətçi, ABŞ – 3 195 ziyarətçi.