Gürcüstana COVİD-19 əleyhinə preparat olan “Paxlovid”-in ilk partiyası çatdırılıb

Gürcüstana koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş
“Paxlovid” preparatının ilk partiyası şatdırılıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə
nazirliyi preparatın xəstələrə pulsuz təqdim ediləcəyini
bildirib.

Qeyd edək ki, preparat “Pfizer” şirkəti tərəfindən istehsal
olunur. Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12
yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı
koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə
tutulub.

Teqlər: