Bakıda yanan mənzildə kişi meyiti aşkar edilib

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında
baş verən yanğın zamanı mənzildən kişi meyiti aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən
xəbər verir ki, yanğın binanın beşinci mərtəbəsində ümumi sahəsi 50
m² olan mənzildə baş verib.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il
təvəllüdlü Abbasov Nadir Ağadadaş oğlunun (yataq xəstəsi) yanmış
meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə
təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: