Gürcüstan və Ukrayna Avro-2024-ün bir addımlığında

Gürcüstan və Ukrayna Avro-2024-ün bir addımlığında

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olacaq.

AzerTimes xəbər verir ki, qələbə qazanan yığmalar Avro-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

26 mart

Avro-2024

Pley-off mərhələsinin finalı

21:00. Gürcüstan-Yunanıstan

23:45. Ukrayna-İslandiya

23:45. Polşa-Uels

Gürcüstan – Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna – İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa – Uels matçında sevinən tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Teqlər: