Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin
müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili
ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə M.Cabbarov tvitter
səhifəsində yazıb.

“Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı
inkişaf naziri Levan Davitaşvili ilə ölkələrimiz arasında ticarət
əlaqələrinin genişdirilməsi, investisiya sahəsində əməkdaşlığın
inkişafı, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz
vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası
barədə fikir mübadiləsi apardıq”, – M.Cabbarov yazıb.

Teqlər: