Gürcüstan PUA istehsalına başlayır

Gürcüstan PUA istehsalına başlayır

Gürcüstan bu yaydan etibarən PUA istehsalına başlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.

Nazir deyib ki, ilk kəşfiyyat və döyüş PUA-ları artıq Baş nazir İrakli Qaribaşvilinin iştirakı ilə uğurla sınaqdan keçirilib. PUA-lar Tiflis yaxınlığındakı Gürcüstan-Polşa birgə müəssisəsində istehsal olunacaq.

Nazirin sözlərinə görə, birgə müəssisədə “Warmate” kamikadze və “Flyeye” kəşfiyyat PUA-larının istehsalı planlaşdırılır.

Qeyd olunub ki, il ərzində ölkədə 1000-1500 ədəd kəşfiyyat və döyüş PUA-larının istehsalı nəzərdə tutulub.

Teqlər: