Gürcüstan Prezidenti bir qrup azərbaycanlı gənclə görüşüb (FOTO)

Tbilisi şəhərində Ana Dili Günü münasibətilə təşkil edilən
tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin
(GAİM) bir qrup nümayəndəsi də iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə,
Gürcüstanın Prezident Administrasiyasında baş tutan tədbirin
gedişində Prezident Salome Zurabişvili GAİM-in icraçı direktoru
Orxan Pirverdiyev və müdavimləri ilə də görüşüb. GAİM-in fəaliyyət
istiqamətləti barədə Prezident Salome Zurabişviliyə ətraflı məlumat
verilib.

Sonra azərbaycanlı gənclər dövlət başçısı ilə xatirə şəkli
çəkdirib.

Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 3 aprel 2019-cu
ildən azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda fəaliyyət
göstərir.

Teqlər: