Gürcüstan parlamentinə yeni spiker təyin olunub

Gürcüstan parlamenti yeni spiker vəzifəsində Şalva Papuaşvilinin seçilməsini təsdiq edib.

Trend-in məlumatına görə, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının namizədinin lehinə 88 deputat, əleyhinə bir nəfər səs verib.

Ş.Papuaşvili bu vəzifədə Kaxa Kuçavanı əvəz edəcək.

Qeyd edək ki, Kaxa Kuçava deakabrın 24-də istefa vermişdi.