Gürcüstan parlamentinə yeni sədr seçildi

Xəbər - Orxan Nəbiyev – Trend:

Kaxa Kuçava Gürcüstan parlamentinin yeni spikeri seçilib.

AzerTimes-ın nəlumatına görə, yeni spikerin lehinə 86, əleyhinə 6 deputat səs verib.

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının irəli sürdüyü K.Kuçava spiker vəzifəsinə yeganə namizəd olub.


Qeyd edək ki, bundan əvvəlki spiker Arçil Talakvadze aprelin 24-də istefa vermişdi.