Gürcüstan dərmanların qiymətini necə ucuzlaşdırdı?

Gürcüstan dərmanların qiymətini necə ucuzlaşdırdı?

Təkcə Türkiyə bazarını açmaqla biz dərmanların qiymətlərini 60-80% aşağı salmışıq, bununla da vətəndaşlar 200 milyon laridən çox qənaət etmiş oldu.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili 2022-ci il hesabatını təqdim edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, yeni ildən dərmanlara istinad qiymətləri müəyyən etməklə qiymətlərdə yenidən ucuzlaşma müşahidə olunacaq.

Qaribaşvili eyd edib ki, əsas odur ki, dərman vasitələrinin keyfiyyətinə daimi nəzarət aparılsın və bu məqsədlə 2022-ci ilin sonunadək yaxşı istehsal təcrübəsi və yaxşı distribütorluq təcrübəsi standartına keçid başa çatdırılacaq.

Teqlər: