Gürcüstan “Defender-23” təlimindən imtina etdi

Gürcüstan “Defender-23” təlimindən imtina etdi

Gürcüstan bu il “Defender-23” çoxmillətli hərbi təlimlərdə iştirak etməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, “Defender -23” təlimləri 22 apreldə başlayıb və 2 ay davam edəcək. Təlimlərdə ABŞ, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər təlimlərdə iştirak edəcək.

Teqlər: