Gürcüstan bu avtomobillərin idxalına qadağa qoydu

Gürcüstan bu avtomobillərin idxalına qadağa qoydu

Yanvarın 1-dən Gürcüstan hakimiyyəti 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin qeydiyyatına qadağa qoyub.

AzerTimes xəbər verir ki, müvafiq qərar Gürcüstan hökuməti tərəfindən qəbul olunub.

Bu qərar avtomobillər üçün Avro 5 standartının tətbiqi ilə əlaqədar və havanın çirklənməsi ilə mübarizə çərçivəsində qəbul edilib. Yenilik Gürcüstanda artıq qeydiyyatda olan 2013-cü ildən əvvəl istehsal olunmuş, həmçinin təkrar ixrac və ya tranzit üçün nəzərdə tutulan avtomobillərə şamil edilməyəcək.

Qeyd edək ki, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalına qadağa qoyulması ideyası Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə məxsusdur.

Teqlər: